Bakıda beynəlxalq media konfransı keçirilib - FOTO
Bakıda Avropa Qəzetçilər Birliyi (AQB), Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi (ABAİİ) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “İfadə azadlığı və medianın məsuliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın əsas məqsədi qloballaşan dünyada ifadə azadlığının durumu, medianın məsuliyyəti və eyni zamanda mətbuatın inkişafına təsir göstərən siyasi institutların, transmilli korporasiyaların, güc mərkəzlərinin müdaxiləsi nəticəsində yaranan problemlərin müzakirəsi olub. Konfransın işində KİV rəhbərləri, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
Konfransın gedişində AQB-nin başqanı Adnan Fişənk, ABAİİ-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva və BAMF-ın sədri Umud Rəhimoğlu çıxış edərək söz və ifadə azadlığında medianın məsuliyyəti mövzusunda fikirlərini bildiriblər. Media mənsubları müzakirə edilən məsələ ilə bağlı öz fikir və mülahizələrini söyləyiblər.
Konfrans çərçivəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində gördüyü işlərə görə Adnan Fişənkə xüsusi mükafat təqdim edilib.
Tədbirdə iştirak edən Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) nümayəndəsi xanım Melisa Meritoviç sentyabr ayında Bakıda dünya ölkələri jurnalistlərinin və aparıcı media qurumları nümayəndələrinin iştirakı nəzərdə tutulan “Bakı Media, Neft-Qaz 2012” konfransı haqqında məlumat verib.
Sonra Qənirə Paşayevaya və Elçin Mirzəbəyliyə Beynəlxalq Mətbuat İnstitutuna üzv qəbul edilmələri barədə vəsiqələr təqdim olunub.

768