Bakıda diffamasiya ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, görüşdə əsas müzakirə mövzusu Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə reallaşdırdığı layihə olub.
Qeyd edək ki, hər iki qurum 2011-ci ilin martından “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın təkmilləşdirilməsi və diffamasiya haqqında qanunun qəbulunun sürətləndirilməsi ilə bağlı birgə layihə həyata keçirməkdədir. Ötən ilin sentyabrında layihənin birinci istiqaməti üzrə işlər tamamlanıb. Həmin vaxt Bakıda təşkil olunan beynəlxalq konfransda AJPDQ-nın yeni təkmilləşdirilmiş variantı ictimaiyyətə təqdim olunub.
Əflatun Amaşov ötən il layihə çərçivəsində intensiv işlərin aparıldığını xatırladıb və bunun diffamasiya mühitinə hazırlıq baxımından əhəmiyyətli olduğunu söyləyib. Diffamasiya haqqında qanunun qəbulu ilə bağlı görüləcək işlərin sürətləndirilməsinə ehtiyacın duyulduğunu deyən Mətbuat Şurasının sədri rəhbərlik etdiyi qurumun qanun layihəsi hazırladığını bildirib.
Jaklin Karpenter də diffamasiyaya dair məsələnin söz və mətbuat azadlığının dərinləşməsində vacib amil olduğunu önə çəkib və təmsil olunduğu təşkilatın qarşıdakı birgə fəaliyyətə böyük önəm verdiyini vurğulayıb.
Müzakirələrdən sonra bu il aprelin 26-da və mayın 5-də diffamasiya ilə bağlı iki dəyirmi masanın təşkili qərara alınıb. Tədbirlərdə məsələ ilə əlaqədar kütləvi informasiya vasitələrinin, jurnalist birliklərinin təmsilçiləri və media ekspertlərinin iştirakı ilə geniş müzakirələrin aparılması məqbul sayılıb. Mayın 11-də isə Bakıda mövzuya dair ATƏT-in və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə beynəlxalq konfransın təşkili planlaşdırılıb. Həmin toplantıda ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin, o cümlədən xarici media ekspertlərinin və KİV təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34