Azərbaycandan dünya ictimaiyyətinə 10 min müraciət
11 fevral 2011 18:00 (UTC +04:00)

Azərbaycandan dünya ictimaiyyətinə 10 min müraciət

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi bu gündən etibarən dünya birliyinə və beynəlxalq təşkilatların 10 mindən çox ünvanına Xocalı soyqırımı ilə bağlı məlumatlar göndərir.

İdarədən Lent.az-a verilən məlumata görə, fevralın 25-də bu kampaniyanın aksiyanın yekunu olaraq Gəncliyə Yardım Fondunda Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün elektron aksiya keçiriləcək.

İdarədə bildirirlər ki, tədbirin məqsədi Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalması, öz tarixi torpaqlarından qovulmasını dünyaya çatdırmaqdır. Həmçinin tariximizin soyqırımı səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmaqda bu aksiyanın hədəfidir. Tədbirin digər məqsədi isə ərazi iddialarını əsaslandırmaq üçün yeni-yeni əsassız tezislər uyduran erməni millətçilərinin anti-Azərbaycan təbliğatına, məkrli siyasətinə, ideoloji təxribatına gənclərin qarşı ayıq-sayıq olmasını elektron aksiyalar vasitəsilə gücləndirməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar