Xanım deputatlardan Ərdoğanla bağlı yazıya sərt təpki! – SORĞU
“Bunlar tamamilə yanlış məlumatlardır”
Bir müddət öncə Türkiyədə səfərdə olmuş Azərbaycan Milli Məclisinin 4 xanım deputatı haqlarında guya bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı “dostcasına protest” edəcəkləri barədə yazılanlara etiraz ediblər.
Millət vəkili Qənirə Paşayeva Lent.az-a açıqlamasında “Yeni Müsavat” qəzetində yer almış xəbərlə bağlı Türkiyəyə səfər etmiş digər xanım deputatlarla əlaqə saxlayaraq danışdığını bildirib: “Biz bir-birimizlə danışdıq. Bu danışıqdan sonra mən birmənalı şəkildə deyə bilərəm ki, Türkiyədə səfərdə olan qadın millət vəkillərinin adından yayılmış bu xəbər tamamilə yalandır. Türkiyədə səfərdə olan azərbaycanlı qadın millət vəkilləri Baş nazir Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışında iştirak edəcəklər və yaxılan kimi hansısa protest-filan da olmayacaq. Bunlar tamamilə yanlış məlumatlardır. Qəzet guya Türkiyədə səfərdə olan millət vəkillərindən biri ilə əlaqə saxladığını iddia edib. Guya həmin əlaqə saxlanılan şəxs də deyib ki, bu, yaxşı ideyadır. Bu mövzu ilə bağlı “Yeni Müsavat” qəzeti şəxsən mənim özümlə danışmayıb, sual verməyib, soruşmayıb və cavab almayıb. Türkiyədə səfərdə olan digər xanım millət vəkilləri də bu mövzu ilə bağlı “Yeni Müsavat” qəzetindən fikirlər soruşulmadığını və heç bir açıqlama vermədiklərini bildiriblər. Ona görə də biz – Türkiyədə səfərdə olan qadın millət vəkilləri yazılmış bu xəbəri qətiyyətlə təkzib etməklə yanaşı, hesab edirik ki, burada bir məsələ açılmalıdır. Yəni, bu informasiyaları hansı millət vəkilləri verib. Lazımi qurumlar bu məsələ ilə bağlı maraqlanmalıdır ki, hansı millət vəkilləri Türkiyə Baş nazirinin səfəri ərəfəsində bu cür yalan məlumatlar verərək təxribatla məşğul olurlar. Çox istərdim “Yeni Müsavat” qəzeti də bu məlumatın hansı millət vəkili tərəfindən verildiyini açıqlayaydı”.
Millət vəkili Gülər Əhmədova isə Lent.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycan-Türkiyə münasibətlərində müəyyən açıq qalmış səhifələri doldurmaq istəyən qüvvələr var: “Bu qüvvələr həm Azərbaycanın daxilində, həm də xaricindədir. Bu baxımdan, bilərəkdən, yaxud bilməyərəkdən həmin qüvvələr tərəfindən ötürülmüş informasiyaları kimlərsə dilinə gətirir və hesab edirlər ki, bu, dahiyanə fikirlərdir . Güman edirəm ki, bu, siyasi savadsızlıqdan irəli gəlir. Çünki açıq siyasətdə səriştəsi olan insanlar bilməlidirlər ki, belə məqamlar sadəcə çox böyük diplomatik səviyyədə qurulur və Türkiyə kimi qardaş bir ölkənin Baş nazirinin parlamentdəki çıxışı şübhəsiz ki, yalnız alqışlarla qarşılanacaq. Bu, bir qardaş, bir dost gəlişidir. O baxımdan, hesab edirəm ki, millət vəkilləri qəzetdə yazılan o fikirləri söyləyə bilməzlər. Millət vəkillərinin adından kimsə də bu informasiyanı müxbirlərə deyirsə, belə görüntü yaratmaq istəyirsə, sadəcə o adamları Azərbaycan xalqının düşməni kimi görürəm. Onlardan atdığı böu addımları dayandırmağı tələb edirəm. Çünki bunlar heç bir halda Azərbaycanın xeyrinə atılmış addımlar deyil”.
Millət vəkili Aynur Camalqızı “Yeni Müsavat” qəzetinin “Baş naziri protest etmə”yi manşetdən verməsi barədə xəbəri xanım həmkarlarından eşitdiyini deyib: “Mən çox təəccüb içindəyəm. Çünki Türkiyəyə səfər etmiş xanım millət vəkilləri olaraq aramızda nə razılaşma, ümumiyyətlə, söhbət olmayıb. Mən dördümüzün adından əminliklə bəyan edirəm ki, bu, heç ağılımızın ucundan da keçməyib. Bilmirəm bu hansı “təxəyyül”ün məhsuludur. Hər halda, mən bunu normal ağlın məhsulu saymıram. Hesab edirəm ki, bu, bizim uğurlu səfərimizə qısqanclıqdan yaranan bir yanaşmadır. Mən bu açıqlamanı verən millət vəkilini ümumiyyətlə millət vəkili hesab etmirəm. Müvafiq dövlət strukturlarından bu məsələni araşdırmağı xahiş edirəm. Bu, kökündən yanlış olan, həqiqətə qətiyyən uyğun gəlməyən bir açıqlamadır”.
A.Camalqızı deyib ki, bu gün Milli Məclisdə Ərdoğanın həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətini narahat edən bir çox suallara cavab verəcəyini gözləyir: “Ancaq bizim – Türkiyəyə səfər etmiş xanım deputatların qəzetdə iddia olunduğu kimi hansısa sürpriz, protest edəcəyimizdən, yaxud ümumiyyətlə hansısa narazılıq edəcəyimizdən söhbət belə gedə bilməz”.
Millət vəkili Lalə Abbasova da yazılanları qəti şəkildə təkzib edib: “Biz Türkiyəyə dostcasına getmişik, başqa heç bir məqsədimiz olmayıb. Mən hələ Türkiyədəki çıxışlarımda da demişəm ki, “mən Ərdoğana inanıram”. Bu gün o qəzetdə yazılanlar uydurmadır. Mən yalnız “yazıqlar olsun” deyə bilərəm. Başqa nə deyim?”
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin bu günkü (13 may 2009-cu il) sayında “Xanım deputatlarımız Ərdoğanı protest edə bilər” adlı manşet yazısı yer alıb.
Azərbaycana rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan saat 15.30-da Milli Məclisə gələcək. Qardaş ölkənin Baş naziri parlamentdə çıxış edəcək.
Pərvin ABBASOV

820