Milli Məclisdə payız sessiyasının qanunvericilik işlər planı qəbul edildi
01 oktyabr 2012 14:04 (UTC +04:00)

Milli Məclisdə payız sessiyasının qanunvericilik işlər planı qəbul edildi

Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında payız sessiyasının qanunvericilik işlər planı müzakirə edilib. Lent.az-ın verdiyi məlumata görə, Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı Azərbaycanda uşaq telekanalının açılmasını təklif edib.

BAXCP sədri Qüdrət Həsənquliyev “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmamasının səbəbi ilə maraqlanıb. O, Mingəçevir İstilik Elektrik Stansiyasının yarımstansiyasını ildırım vurması məsələsinə də toxunub: “Axı ildırım ötürücülər olmalıdır, nə üçün belə hadisə baş verir?”
Qüdrət Həsənquliyev Mingəçevir Elektrik Stansiyasında baş verən hadisədən sonra Bakı Metropolitenində hərəkətin dayanmasını isə daha ciddi problem sayıb: “Şimali İstilik Elektrik Stansiyasından Bakı Metropoliteninə ikinci xətt çəkmək olmazdımı?”
O, həbsdə olan Nigar Yaqublunun zaminə götürülməsini də təklif edib.


Millət vəkili Vahid Əhmədov Rəqabət Məcəlləsinin parlamentdə qəbulunun gecikməsini yolverilməz sayıb: “Rəqabət Məcəlləsi iki oxunuşdan keçdi, ancaq indi bizə xəbər gəlib ki, qanun layihəsi yenidən İqtisadi İnkişaf Nazirliyinə göndərilib. Bu Məcəllənin qəbulunu gecikdirmək olmaz”.


Vahid Əhmədov məcburi tibbi sığortanın tətbiqinin də gecikməsini yolverilməz sayıb.


Daha sonra Milli Məclisin 2012-ci il payız sessiyasının qanunvericilik işlər planı səsverməyə çıxarılaraq qəbul edilib.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1373

Oxşar yazılar