Azərbaycan vətəndaşlarından Prezident İlham Əliyevin ünvanına təşəkkür məktubları gəlməkdə davam edir.
Belə məktublardan birini Qarabağ müharibəsi əlili, Çərkəz Həmzəyev Göygöl rayonundan göndərib. Lent.az həmin məktubu təqdim edir.
- Möhtərəm cənab Prezident.
Bütün dünyada ciddi həyəcan yaradan, yaşından, irqindən və dinindən asılı olmayaraq insanların həyatına son qoyan koronavirus pandemiyası adlı bəlaya qarşı bütün imkanlardan istifadə olunmaqdadır. Sizin bilavasitə rəhbərliyiniz altında ölkəmizdə vətəndaşların sağlamlığının qorunması naminə aparılan əvəzolunmaz tədbirləri çox yüksək qiymətləndiririk. Qısa bir zamanda yeni xəstəxanaların istifadəyə verilməsi, mövcud xəstəxanaların uyğunlaşdırılması, qoruyucu vasitələrin istehsalı, xəstələrin müalicəsi üçün tibb ocaqlarının lazımi avadanlıqlarla təmin olunması, canları bahasına xəstələri müalicə edən həkimlərin əməkhaqlarına əlavələr edilməsi, işləməyənlərə yardımların verilməsi, sosial iş yerlərinin açılması, sahibkarlara maliyyə dəstəyinin və güzəştlərin edilməsi və digər işlər çox təqdirəlayiqdir.
Əziz Prezidentimiz, Azərbaycan vətəndaşları arasında itkilərin minimuma endirilməsi üçün gördüyünüz bütün işlərə görə ailəmiz adından Sizə minnətdarlığımızı bildirirəm.
Hörmətlə,
Həmzəyev Çərkəz Paşa oğlu
Qarabağ müharibəsi əlili
Göygöl rayonu, Topalhəsənli kəndi.