“Ərdoğan Ermənistanın işğalçı olduğunu Putinə açıq şəkildə izah etdi” - Prezidentin sözçüsü
28 iyul 2020 13:36 (UTC +04:00)

“Ərdoğan Ermənistanın işğalçı olduğunu Putinə açıq şəkildə izah etdi” - Prezidentin sözçüsü

“Burada işğalçı olan Ermənistandır. Hörmətli Prezidentimiz bunu dünən hörmətli Putinə də açıq şəkildə izah etdi”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “CNN Türk”ə müsahibəsində deyib.

“Biz Azərbaycanın yanındayıq. Prezidentimizin münasibəti belədir. Bununla bağlı ən kiçik tərəddüd belə yoxdur. Azərbaycana təhdid haradan gəlirsə gəlsin, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Amma bu, diplomatik kanalların bağlanması mənasına gəlmir. Putinlə telefon danışığı zamanı çox yaxşı bir nöqtəyə gəlindiyini söyləyə bilərəm”, - deyə İ. Kalın vurğulayıb.

 

Qeyd edək ki, dünən Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3487
avatar

Oxşar yazılar