"Yeni parlamentin işi stabilliyə əsaslanacaq" - Rusiyalı müşahidəçi
10 fevral 2020 10:15 (UTC +04:00)

"Yeni parlamentin işi stabilliyə əsaslanacaq" - Rusiyalı müşahidəçi

“Azərbaycanda növbədənkənar parlament seçkiləri tam şəffaf və demokratik keçirilib”.

APA-nın məlumatına görə, bunu növbədənkənar parlament seçkilərini izləyən Rusiyadan olan müşahidəçilərin rəhbəri Liliya Qumerova deyib.

Onun sözlərinə görə, dünən müşahidə missiyası 3 dairə üzrə 11 məntəqəyə baş çəkib. 

"Hər bir məntəqədə seçki prosesi yüksək səviyyədə, qanuni çərçivədə və peşəkarlıqla təşkil olunub. Hesab edirəm ki, yeni parlamentin işi stabilliyə əsaslanacaq. Əsas məqamlardan biri odur ki, budəfəki seçkidə namizədlərin böyük əksəriyyəti gənclər idi. Gənc parlamentarilər yeni ideyalar irəli sürəcəklər ki, bu da olduqca vacib məqamdır”,-  L. Qumerova qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740
avatar

Oxşar yazılar