"Xalqımızın bu bənzərsiz düşmənlə inamlı mübarizəsi..." - Prezidentə MƏKTUB
28 aprel 2020 11:00 (UTC +04:00)

"Xalqımızın bu bənzərsiz düşmənlə inamlı mübarizəsi..." - Prezidentə MƏKTUB

Ölkədə koronavirus pandemiyası əleyhinə atılan uğurlu addımlara görə respublikanın hər yerindən prezidentə təşəkkür məktubları gəlməkdə davam edir. Təşəkkür məktublarında ölkə rəhbərliyinin pandemiya ilə uğurlu mübarizə üsulları yüksək qiymətləndirilir və hər bir Azərbaycan vətəndaşının qayğısına qaldığı üçün prezidentə minnətdarlıq edilir. Növbəti belə məktubu Qarabağ əlili, Qubadlı rayon Çərəli kəndindən olan Pəhləvan İmanov yazıb. Lent.az həmin məktubu təqdim edir:

“Əziz və hörmətli Prezidentim.

Sizi Qarabağ əlili kimi ən səmimi duyğularımla salamlayıram. Ölkəmizin bu çətin günündə yorulmadan hər birimizə ayrı-ayrılıqda diqqət və qayğı göstərdiyiniz üçün Sizə minnətdarlığımızı bildirir, Sizi hər zaman dəstəkləyirik.

Dünyada tüğyan edən bu pandemiya təhlükəsinin Vətənimizdən tezliklə sovuşması üçün gördüyünüz tədbirlər, verdiyiniz Fərman və Sərəncamlar tarixi qərarlardır. Uzun illər keçsə də, xalqımızın bu bənzərsiz düşmənlə inamlı mübarizəsi hər zaman Sizin adınızla anılacaq.

Biz məcburi köçkün kimi dövlətin qayğısını hər zaman hiss etmişik. Bu da bizi Sizin ətrafınızda bir yumruq kimi birləşməyə, dövlətin yürütdüyü siyasətə arxa durmağa sövq edir. Biz daim Sizinləyik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1228
avatar

Mehman Nəbiyev

Oxşar yazılar