“Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ilk sıradadır”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə Azərbaycandan ixrac edəcəyi təbii qazın həcmini gələcəkdə daha artıracaq.
“Biz daha iki layihənin həyata keçirilməsinə üstünlük veririk. Bunlardan biri, Qars-Naxçıvan dəmir yolu xəttidir. İkinci isə Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılmadır ki, bu da strateji layihədir. Digər tərəfdən, mədəniyyət, təhsil sahələrində, universitetlər arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilib”, - Türkiyə XİN başçısı vurğulayıb.