“Sizinləyik, biz birlikdə güclüyük!” - Prezidentə yazırlar
16 aprel 2020 10:53 (UTC +04:00)

“Sizinləyik, biz birlikdə güclüyük!” - Prezidentə yazırlar

 Koronavirus pandemiyasının ölkədə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlar, görülən tədbirlər, göstərdiyi diqqət və qayğıya görə ölkənin müxtəlif guşələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Lent.az-ın n məlumatına görə, Fərid Qayıbov, Lozanna, İsveçrədən yazır:

- Hörmətli cənab Prezident.

Hazırda bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir zamanda ölkəmizdə tərəfinizdən vaxtında lazımi qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin sağlamlığının qorunması istiqamətimdə görülən operativ işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Bütün idman növlərində olduğu kimi, Sizin daimi diqqət və qayğınızı hiss edən Azərbaycan gimnastları məşqlərini dayandıraraq xüsusi karantin rejiminin qaydalarına riayət etməkdədirlər. Bu gün dünyadakı çətin vəziyyətə baxmayaraq, ölkəmizdə ailəsinin əhatəsində evdə qalan hər bir şəxsin ruhdan düşməməsi və müsbət düşünməsi sayənizdə gələcəyə inamla baxmasından qaynaqlanır.

Azərbaycanda hər bir sahədə olduğu kimi, idman sahəsində də yaradılan şərait paytaxtımızda keçirilən gimnastika növləri üzrə mötəbər beynəlxalq yarışlarda iştirak edən nümayəndə heyətləri tərəfindən də yüksək qiymətləndirilir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası tərəfindən fevral ayında təşkil olunmuş batut gimnastikası üzrə dünya kubokunda artıq ölkəmizin koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər görməsi böyük təqdirlə qarşılanmışdı. Mart ayında isə Operativ Qərargahın kütləvi tədbirlərin təxirə salınması qərarına müvafiq olaraq idman gimnastikası üzrə dünya kubokunun final mərhələləri ləğv olundu. Bir sıra ölkələr tərəfindən sərhədlərin bağlandığı bir vaxtda bütün iştirakçıların müvafiq dövlət strukturlarının dəstəyi sayəsində yola salınmasından sonra nümayəndə heyətlərinin rəhbərləri ölkəmizə xüsusi təşəkkürlərini bildirdilər.

Avropanın gimnastika federasiyalarının mövcud olduğu 50 ölkəsində koronavirusa qarşı mübarizə aparılır. Bu ölkələr arasında hələ qlobal pandemiya elan olunmamışdan əvvəl Sizin rəhbərliyinizlə Azərbaycan koronavirusa həssas yanaşması ilə seçilirdi.

Hazırkı vəziyyətlə əlaqədar bütün dünyada olduğu kimi, aprel və may aylarında Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə dünya kuboku, aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları və dünya çempionatının, o cümlədən kişi idman gimnastikası üzrə Avropa çempionatının keçirilməsi təxirə salınıb.

Əminəm ki, COVID-19-un Azərbaycanda geniş yayılmasının qarşısını alınması üçün gördüyünüz bütün bu tədbirlər nəticəsində ölkəmiz qlobal pandemiya sınağından layiqincə çıxacaq, idmançılarımız məşqlərini bərpa edəcək və təxirə salınmış idman tədbirlərinə ölkəmiz yeni tarixlərdə yüksək səviyyədə ev sahibliyi edəcək”.

 

Afiq Muradov isə, Naftalandan yazır:

 

- Möhtərəm cənab Prezident.

Bu gün bütün dünya ciddi şəkildə sınaqdan keçir. Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılır. Sizin qətiyyətli tapşırıqlarınız nəticəsində bu virusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində bütün dövlət orqanları tərəfindən ciddi şəkildə iş aparılır. Hazırlanmış sosial-iqtisadi paketlər, həkimlərimizi ilk gündən diqqət mərkəzində saxlamanız bizim gələcəyə ümidimizi daha da artırır. Ölkəmizdə kiçik şübhə doğuracaq hər bir məqama böyük diqqət yetirilir. Virusa yoluxma ehtimalı olan şəxslər dərhal nəzarətə götürülür. Biz həkimlər əminik ki, Sizin müdrikliyiniz və qayğıkeşliyiniz sayəsində bu qorxunc virusdan minimum zərərlə qurtulacağıq.

Sizə və ailənizə cansağlığı arzulayıram. Allah Sizi, dövlətimizi, millətimizi qorusun.

 

Sabirabaddan Kərimli Nurlanın məktubundan:

 

- Hörmətli cənab Prezident.

Hazırda dünya ölkələri koronavirus pandemiyasının yayılmasının qarşısını almaqda böyük çətinlik çəkirlər. Ölkəmiz Sizin qətiyyətli addımlarınız sayəsində bu bəlanın öhdəsindən az itkilərlə gəlməyə çalışır. Sizin bu çətin günlərdə qəbul etdiyiniz qərarlardan çox qürurlandım.

Tam zamanında verdiyiniz müdrik və qətiyyətli qərarlar, sərəncamlar, görülmüş tədbirlər pandemiyanın yayılmasının qarşısını kəskin şəkildə alır. Sizin və Mehriban xanımın Azərbaycan xalqını böyük fəlakətdən xilas etmək üçün göstərdiyiniz fədakarlığı və qayğını bütün xalqımız kimi, biz də çox dəyərləndiririk.

2010-cu ildə də baş verən su daşqını zamanı kəndlərimizə dəyən zərərin nəticələri Sizin göstərişinizlə qısa müddətdə aradan qaldırılmışdır. Azərbaycanda görülən tədbirlər, əhalinin zərərçəkən təbəqəsi üçün nəzərdə tutulan güzəştlər insanları razı salır. Sizin tapşırıqlarınız hazırki çətin günlərdə də yarana biləcək narahatlıqları aradan qaldırır.

Cənab Prezident.

Xalqa göstərdiyiniz böyük qayğıya görə mən Sabirabad rayonunun Qaragüney və Dadaşbəyli kəndlərinin ictimaiyyəti adından Sizə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Azərbaycan dövləti, Azərbaycan xalqı, gələcək nəsillərin xoşbəxtliyi naminə Allahdan Sizə və ailənizə sağlam və uzun ömür diləyirik.

Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dünyanın üstündən çəkilməsini diləyirik.

 Biləsuvar rayonundan Məhərrəməli Kazımlı:

 

- Hörmətli Prezidentimiz.

Sizin uzun illərdir ölkəmizin səhiyyə sahəsində həyata keçirdiyiniz əsaslı islahatlar öz bəhrəsini verməkdədir. Yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi, ölkəmizdə yüksək səviyyəli tibbi heyətin formalaşmasına hesablanmış dövlət siyasəti imkan verəcək ki, koronavirus infeksiyasının daha az zərərlə aradan qaldıılmasına nail olaq. Bu çətin günlərdə modul tipli tibb müəssisələrinin yaradılması, tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi Sizin çevik fəaliyyətinizin bariz nümunələridir. Biz - Biləsuvar veteranları Sizin bu fəaliyyətinizi alqışlayırıq.

Cənab Prezident, qeyd etmək istəyirik ki, bütün bu tədbirlərin həyata keçirilməsində Sizinləyik. Biz birlikdə güclüyük!

 Tehran Əmiraslanov Qubadan yazır:

Hörmətli cənab Prezident.

Hazırda dünya gözəgörünməz bir virusla böyük mübarizə aparır. Bu pandemiya ölkəmizdən də yan keçmədi. Bu arzuolunmaz “qonaq” əlbəttə ki, bir gün bizləri tərk edəcək. Sizin sözlərinizlə desək, bu çətinlikdən də ən az zərərlə qurtulmaq lazımdır.

Sizin təxirəsalınmaz tapşırıqlarınız və ciddi nəzarətiniz ilə ölkəmizdə böyük tədbirlər görüldü və görülməkdədir. Əhaliyə göstərilən diqqət ölkənin hər yerini - bütün şəhər, rayon, kənd və qəsəbələri əhatə edir. Bu proseslər biz vətəndaşların gözü önündə baş verir və buna görə də Sizə təşəkkür edirik.

Cənab Prezident, pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə və sahibkarlara göstərdiyiniz yardım təqdirəlayiqdir. Buna görə rayonumuzun sakinləri adından Sizə təşəkkür edirik. Rayonumuzun sahibkarları, o cümlədən mən Sizlərin sahibkarlara göstərdiyiniz yardımlardan yararlandıq. Sizə bir daha minnətdarlığımı bildirirəm.

Hüseyn Hüseynovadan, Bakı:

 

- Zati-aliləri, möhtərəm cənab Prezident.

Mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Sizin xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir.

Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz, bu məsələ ilə bağlı iradəniz xalqımızı bu bəladan qorumağa imkan verəcək və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaq. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu böhranlı vəziyyətdən maksimum az itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. Biz vətəndaşların vəzifəsi isə Sizin qərarlarınıza əməl etməkdir. İnanıram ki, Vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı evdə qalacaq, tezliklə bu qara buludlar başımızın üzərindən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcəkdir.

Sizə müraciət etməyimizin əsas səbəbi böyük zəhmət və məhəbbətlə qurulan, uğurla inkişaf edən respublikanın vətəndaşları kimi həmişə yanınızda olduğumuzu bəyan etmək, bundan qürur və şərəf duyduğumuzu bildirməkdir. Tanrı Sizi və dövlətimizi qorusun.

 

Nəriman Paşayev, Göyçay:

 

Hörmətli cənab Prezident.

Siz istirahət etmədən xalqımızın qayğısına qalırsınız. Buna görə Sizə Göyçay rayonunun sakinləri adından dərin minnətdarlığımızı bildirirəm. Bir çox ölkələrdən fərqli olaraq koronavirus epidemiyasının ilk günlərindən qabaqlayıcı tədbirlərin görülməsi öz nəticəsini verdi.

Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. Allahın izni ilə bu bəla tezliklə çəkilib gedəcək, respublikamız daha da inkişaf edəcəkdir. Buna görə də xalq daim Sizin arxanızdadır. Bizim seçimimiz və gələcəyimiz Sizinlə bağlıdır.

Ulu Tanrı Sizi və ailənizi qorusun!

 

 Zinyət Əhmədova, Bakı:

Möhtərəm Prezident.

 

Hazırda planetin 200-dən çox ölkəsində yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri diqqətlə izləməyinizin və nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan ölüm hallarının sayına görə son pillələrdədir.

Xəstəliyə yoluxan insanların Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğınız sayəsində bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılıq etmələri bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz ilə biz bu xəstəlikdən tezliklə xilas olacağıq.

Siz hər zaman vətəndaşın yanında olub onun sevincinə də, kədərinə də şərik çıxırsınız. Xalqımız əmindir ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq, üzüağ çıxacağıq. Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun.

 Hüseyn Hüseynov da Bakıdan yazır:

Zati-aliləri, möhtərəm cənab Prezident.

Mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Sizin xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir.

Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz, bu məsələ ilə bağlı iradəniz xalqımızı bu bəladan qorumağa imkan verəcək və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaq. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu böhranlı vəziyyətdən maksimum az itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. Biz vətəndaşların vəzifəsi isə Sizin qərarlarınıza əməl etməkdir. İnanıram ki, Vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı evdə qalacaq, tezliklə bu qara buludlar başımızın üzərindən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcəkdir.

Sizə müraciət etməyimizin əsas səbəbi böyük zəhmət və məhəbbətlə qurulan, uğurla inkişaf edən respublikanın vətəndaşları kimi həmişə yanınızda olduğumuzu bəyan etmək, bundan qürur və şərəf duyduğumuzu bildirməkdir. Tanrı Sizi və dövlətimizi qorusun.

 Firdovsi Rəcəbov, Orucov Bayraməli və  Əhmədov Sakit isə Daşkəsəndən yazırlar:

 

- Möhtərəm cənab Prezident.

Yaşadığımız bu çətin günlərdə Azərbaycan vətəndaşlarına göstərdiyiniz dəstəyi hər birimiz görürük və buna görə Sizə təşəkkür edirik.

Sizin təşəbbüsünüzlə görülən işlər səmərəsini göstərdi. Apteklərdə, ticarət obyektlərində süni qiymət artımına yol verilmədi, ortaya çıxan hər bir çətinlik vaxtında aradan qaldırıldı.

Rayonumuzda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görülür. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcəkdir.

Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1456
avatar

Oxşar yazılar