Ordumuzun sərhəddə Ermənistan Silahlı Qüvvələrinin təxribatına layiqincə cavab verməsi əhalidə və hərbçilərimizdə ruh yüksəkliyini daha da artırıb. Baş verənlərlə bağlı dünyanın müxətlif guşələrində yaşayan azərbaycanlılar Ermənistanın xalqımıza, dövlətimizə qarşı yürütdüyü mənfur siyasətə etiraz olaraq yürüşlər keçirirlər. Belə həssas məqamda ölkə əhalisi, vətənndaşlarımız da prezidentə məktub yazmaqla ordumuza və dövlətimizə dəstəyini əks etdirir.
Lent.az Ağcabədi rayonu, Sarvanlar kənd sakini Orucov Hikmət Qəsbər oğlunun məktubunu oxucularına təqdim edir:
“Hörmətli cənab Prezident!
Düşmən ordusunun Azərbaycan-Ermənistan sərhədində atəşkəsi pozması, lakin igid oğullarımız tərəfindən geri oturdulması onlara növbəti dərs oldu. Mənfur qonşularımız susduruldu. Erməni rəsmilərinin öz itkilərini gizlətməsinə baxmayaraq, ordumuzun onlara vurduğu zərbə nəticəsində verdikləri böyük itkiləri hələ uzun müddət unutmayacaqlar.
Cənab Prezident, Sizinlə və şanlı ordumuzla fəxr edirik. Əminik ki, Sizin rəhbərliyiniz, əsgərlərimizin zəfəri ilə torpaqlarımız düşmən tapdağından xilas ediləcək!”.