"Sizinlə bu düşmənə qalib gələcəyik" - Prezidentə məktublar
21 may 2020 12:58 (UTC +04:00)

"Sizinlə bu düşmənə qalib gələcəyik" - Prezidentə məktublar

Azərbaycan vətəndaşının sağlamlığının təhlükəsizliyi koronavirusla mübarizə tədbirlərinin özülünü təşkil etdi. Bunun da ən bariz nümunələrindən biri martın 3-dən etibarən tədrisin dayandırılması oldu. Mübarizə tədbirləri çərçivəsində verilən qərarlar cəmiyyət tərəfindən sevinclə qarşılandı. Bütün bu tədbirlər bir daha millət və dövlət arasında həmrəyliyin, birliyin sarsılmaz əsaslara söykəndiyini göstərdi.

Ölkə rəhbərliyinin pandemiyaya qarşı verdiyi göstərişlər və təxirəsalınmaz tədbirlərə görə, ayrı-ayrı bölgələrdən dövlət başçısına təşəkkür məktubları ünvanlanır. Növbəti belə məktubu Bakıdakı İ.Əfəndiyev adına Elitar gimnaziyanın ibtidai sinif müəllimi Sədaqət Həsənova yazıb. 

Lent.az həmin məktubu təqdim edir:

“Hörmətli cənab Prezident!

Artıq uzun müddətdir ki, koronavirus adlanan qorxunc düşmən dünyanın ən nəhəng dövlətlərini belə diz çökdürüb. Bu xəstəlik bizim ölkəmizdən də yan keçməyib. Lakin bu virusun dünyaya yayıldığı ilk günlərdən Sizin səyləriniz nəticəsində bu bəlaya qarşı kəskin mübarizə başlandı. Azərbaycanımızda ilk olaraq bu bəlanın qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq etdiniz. Azərbaycan ilk olaraq ÜST-ə 5 milyon dollar maliyyə yardımı etdi. Ölkə daxilində bütün xəstəxanalar hazır vəziyyətə gətirildi. Əlavə olaraq, xüsusi təyinatlı xəstəxanalar tikildi. Bu iş indi də davam etdirilir.

Sizin gördüyünüz tədbirlər nəticəsində yüzlərlə vətəndaşımız sağalaraq normal həyata qayıdıb. Bu günə qədər dünya ölkələri sırasında ən az itki verən dövlətlər sırasındayıq. Xaricdə yaşayan soydaşlarımızın çoxu dərhal ölkəmizə gətirildi. Aztəminatlı ailələrə maddi və ərzaq yardımları edildi. Bu işlər hazırda da davam etdirilir. Bütün bunlarla yanaşı ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri işləyir, yaşayış üçün heç bir çətinlik yoxdur.

Cənab Prezident, məktəblər müvəqqəti bağlansa da, biz müəllimlər xüsusi proqramlarla dərslərimizi davam etdiririk və bu işləri axıra kimi görəcəyik. Sizin “Mən hər bir azərbaycanlının Prezidentiyəm” kəlamınız bu gün də özünü təsdiq etdi. Biz ziyalılar həmişə olduğu kimi, bu gün də Sizin yanınızdayıq. Biz Sizə inanırıq və Sizinlə bu düşmənə qalib gələcəyik. Pis günün ömrü az olur və çətinliklər tezliklə geridə qalacaq. Sizin rəhbərliyiniz altında qarşıda bizi gözəl günlər gözləyir. Ulu Tanrı Sizi qorusun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2443
avatar

Mehman Nəbiyev

Oxşar yazılar