Mərkəzi Seçki Komissiyası (MSK) bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
APA-nın məlumatına görə, MSK sədri bildirib ki, bu məsələnin insanlarda maraq doğurmasının səbəbi anlaşılmazdır: “Siz qutuya düz istiqamətdən baxın, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq tərəfdən, birinə işıqlı tərəfdən baxırsınız, ona görə də fərqli görünür".