“Seçkilər şəffaf keçirilib” - Almaniyalı və yunanıstanlı deputatlar
09 fevral 2020 20:38 (UTC +04:00)

“Seçkilər şəffaf keçirilib” - Almaniyalı və yunanıstanlı deputatlar

“Hər şey gözlədiyimiz kimi oldu. Seçki məntəqələrində həddən artıq seçici və müşahidəçi var idi. Bu, xüsusi diqqətimi çəkdi”.

APA-nın xəbərinə görə, bunu bu gün növbədənkənar parlament seçkiləri ilə bağlı mətbuat konfransında Almaniyanın Bavariya bölgəsi parlamentinin deputatı Uli Henkel deyib.

“Hər şey gözlədiyimiz kimi oldu. Seçkilər şəffaf keçirilib”, - deyə U. Henkel vurğulayıb.

Bavariya Parlamentinin digər nümayəndəsi Ulrix Singer qeyd edib ki, həmkarı ilə razıdır: “Hər şey qaydalara uyğun keçirildi. Seçki məntəqələrində bütün suallarımıza cavab aldıq. Heç kim bizə problem yaratmadı. Bu bizim üçün əhəmiyyətli idi”.

Yunanıstan Parlamentinin deputatı  Lazaros Tsavdaridis bildirib ki, bu gün 4 məntəqədə olublar və heç bir qayda pozuntusu aşkarlanmayıb: “İşlərimizi icra edə bildik. Seçicilər, müşahidəçilər, siyasi partiyaların nümayəndələri və könüllülərlə söhbətləşdik. Qənaətim budur ki, seçkilər yüksək səviyyədə və demokratik keçirilib. Sevinirəm ki, seçkilər Azərbaycanda yüksək səviyyədə keçirilir. Parlamentə seçiləcək yeni üzvlərə uğurlar arzu edirəm”.

Yunanıstan Parlamentinin digər deputatı Katerina Monogiou də qeyd edib ki, parlament seçkiləri demokratik keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904
avatar

Oxşar yazılar