"Seçkilər demokratik və şəffaf keçirilib" - Müşahidə missiyası
10 fevral 2020 13:52 (UTC +04:00)

"Seçkilər demokratik və şəffaf keçirilib" - Müşahidə missiyası

“Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) seçki müşahidə missiyası seçki məntəqələrinin hazırlığı ilə tanış olub, səsvermə prosesini izləyib”.

APA-nın xəbərinə görə, bunu növbədənkənar parlament seçkilərini izləyən ŞƏT-in seçki müşahidə missiyasının rəhbəri, ŞƏT-in baş katibinin müavini Sherali Saidamir Jonon bu gün mətbuat konfransında deyib.

O bildirib ki, seçki müşahidə missiyası səslərin sayılması prosesini də izləyib.

Seçicilər, namizədlərin nümayəndələri və digər müşahidəçilərlə görüşdüklərini vurğulayan Sherali Saidamir Jononun sözlərinə görə, seçkilər qanunvericiliyə uyğun, demokratik və şəffaf keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti əsasında seçkiləri müşahidə üçün ölkəyə gəldiklərini bildirən ŞƏT baş katibinin müavini deyib ki, Bakı və ona yaxın ərazilərdə müşahidə aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1621
avatar

Oxşar yazılar