"Qaraqaya yüksəkliyini itirməmişik" - Nazirlik cavab verdi
13 iyul 2020 16:17 (UTC +04:00)

"Qaraqaya yüksəkliyini itirməmişik" - Nazirlik cavab verdi

"Dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub".

Lent.az xəbər verir ki, bu sözləri Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirtməsi barədə yayılan məlumatla bağlı sorğuya cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

"Yayılan məlumatlar yanlışdır və ictimai fikri çaşdırmaq məqsədi daşıyır. Dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub. Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8866
avatar

Mehman Nəbiyev

Oxşar yazılar