Diasporla İş üzrə Dövlət Komitəsi beynəlxalq ictimaiyyəti və xüsusilə dünya azərbaycanlılarını Qarabağ həqiqətləri ilə bağlı daha dərindən məlumatlandırmaq üçün “Qarabağ saatı” adlı yeni layihəyə başlayır.
Komitədən APA-ya verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən “Qarabağ Araşdırmalar Mərkəzi” ilə birgə həyata keçiriləcək.
Mərkəz layihənin informasiya təminatını həyata keçirəcək. Layihə çərçivəsində Diaspor TV-də Azərbaycan və ingilis dillərində “Qarabağ saatı” adlı proqram yayımlanacaq, xaricdə yaşayan azərbaycanlı gənclərlə, eyni zamanda xarici mütəxəssislərlə debatlar, videokonfranslar təşkil olunacaq.
Layihənin məsləhətçisi və TV proqramının aparıcısı “Qarabağ Araşdırmalar Mərkəzi”nin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovdur.

“Qarabağ saatı” layihəsinə start verilir
Diasporla İş üzrə Dövlət Komitəsi beynəlxalq ictimaiyyəti və xüsusilə dünya azərbaycanlılarını Qarabağ həqiqətləri ilə bağlı daha dərindən məlumatlandırmaq üçün “Qarabağ saatı” adlı yeni layihəyə başlayır.
Komitədən Lent.az-a verilən məlumata görə, layihə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən “Qarabağ Araşdırmalar Mərkəzi” ilə birgə həyata keçiriləcək.