“Münaqişədə siyasi motivlər var, dini motivlər yoxdur" - Arxiyepiskop Aleksandr
16 oktyabr 2020 15:17 (UTC +04:00)

“Münaqişədə siyasi motivlər var, dini motivlər yoxdur" - Arxiyepiskop Aleksandr

“30 il ərzində dini liderlər arasında çoxsaylı görüş olub, Kril çoxlu belə görüş təşkil edib”.

APA-nın məlumatına görə, bunu bu gün Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında bildirib.

Aleksandr deyib ki, bu görüşlərdə əsirlərin, ölənlərin, yaralıların mübadiləsi müzakirə olunub: “Münaqişədə siyasi motivlər var, dini motivlər yoxdur. Bu illər ərzində bu, üzə çıxdı. İstənilən müharibə sülhlə başa çatır. Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iştirakı ilə keçirilən görüşündə humanitar atəşkəs barədə razılaşma əldə olundu. Ancaq Azərbaycanın ikinci böyük şəhəri vəhşicəsinə atəşə tutuldu, 10 nəfər öldü, 40 nəfər yaralandı. Mərmi həm də kilsənin yaxınlığına düşmüşdü”.

Arxiyepiskop qeyd edib ki, ermənilər öz maraqları naminə yatmış şəhəri dağıdırlar: “Bu, bir daha göstərir ki, çox iyrənc siyasi münasibət göstərilir. Bizim dini irsimizə çox böyük ziyan vurulur. Son vaxtlar erməni siyasətçilər dini mövzuları səsləndirir, deyirlər ki, bu münaqişə dini xarakter daşıyır. Burada dinlərarası heç bir münaqişə yoxdur. Bakının mərkəzində erməni kilsəsi var, dağılmayıb. Bizim ölkədə nəinki məscidlər, kilsələr, sinaqoqlar var. Burada dansı dini qarşıdurmadan gedə bilər? Xalq vətənpərvərlik hisslərinin yüksəlişini yaşayır. Nəinki azərbaycanlılar, o cümlədən xristianlar, ruslar da bu prosesdə iştirak edirlər. Şeyx mənə zəng vurmuşdu ki, şəhid var, rusdur. Hərbçilər o meyiti mənə gətirəndə dedilər ki, xristian dini ayinini yerinə yetirəndən sonra Şəhidlər Xiyabanında dəfn edəcəyik. Azərbaycan vətəndaşları öz vətənlərini sevirlər, bu ölkəni, xalqı, mədəniyyəti sevməmək olmaz. Ümummilli lider deyirdi ki, müxtəlif xalqların olması bizim zənginliyimizdir, əlindən gələni edirdi ki, həmin xalqların nümayəndələri buradan getməsinlər. Prezident İlham Əliyev də bu istiqamətdə hər şeyi edib. Siyasi qüvvələr Qafqazda Azərbaycan-Ermənistan qarşıdurmasını regional, qlobal qarşıdurmaya çevirməyə cəhd edirlər. Burada dinlərarası münaqişədən söhbət gedə bilməz. Azərbaycanda 30 min erməni yaşayır, onlar buradan getmir, burada rahat, yaxşı yaşayırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460
avatar

Oxşar yazılar