“Sosial şəbəkələrdə təşviqat kampaniyası gedir”.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O, sosial şəbəkələrlə mübarizənin mümkün olmadığını bildirib: “Təqvim planında göstərilənin əksinə seçkiqabağı təşviqat prosesi elə 5 dekabrdan başlayıb. MSK buna göz yumur. Biz buna görə heç nə itirməmişik. Cəmiyyət bunun sayəsində namizədlərlə təmasda olub”.