“Deputat köməkçilərinin sərt karantin rejimində sərbəst hərəkətinə icazə verilmir ”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Aqil Abbas bildirib.
A. Abbas deyib ki, köməkçilər deputatın sağ əlidir, onların hərəkətinə icazə verilməlidir.
Spiker Sahibə Qafarova qeyd edib ki, deputat köməkçiləri hazırda onlayn qaydada çalışır: “Ancaq mən parlamentin Aparat rəhbəri Səfa Mirzəyeva tapşıracam ki, bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla danışsın”.