“Bu gün həm ikitərəfli, həm də heyətlər arasında keçirilən görüşlərdə gələcəklə bağlı önəmli addımlar atdıq”.
APA-nın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra keçirilən mətbuat konfrasnında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti bildirib ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasını keçirməklə irəliyə doğru daha bir addım atılıb: “Türkiyə və Azərbaycan müxtəlif sahələrdə birgə əməkdaşlıq edir. Bir sıra məsələləri bir daha Şuranın toplantısında müzakirə etdik”.
Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan arasında siyasi həmrəylik ən yüksək səviyyədədir.