“Həmsədrlər açıq çağırışlar etmək əvəzinə...” - Xələf Xələfov
15 iyul 2020 16:35 (UTC +04:00)

“Həmsədrlər açıq çağırışlar etmək əvəzinə...” - Xələf Xələfov

Azərbaycan ictimaiyyətində Minsk Qrupunun fəaliyyəti ilə bağlı ciddi narazılıqlar getdikcə artmaqdadır.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Fransa səfiri Zakari Qrosla görüşündə deyib.

Nazir müavini Minsk Qrupu həmsədrlərinin Ermənistana işğalçı siyasətinə son qoymasına və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsi üçün açıq çağırışlar etmək əvəzinə, hər dəfə ümumi bəyanatla kifayətləndiyini qeyd edib.

 

X. Xələfov münaqişənin həllinin süni surətdə uzadılmasının regional sabitlik və təhlükəsizlik üçün yeni risklər və çağırışlara münbit şərait yaradaraq daha geniş regional münaqişələrə yol açacağını vurğulayıb.

O, Ermənistan Respublikasının bu cinayətkar addımları atmaqla 30 ildən bəri davam edən və Azərbaycan torpaqlarının 20%dən çoxunu işğal altında saxlayan təcavüzkar siyasətinin davam etdirilməsində israrlı olduğunu nümayiş etdirdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3361
avatar

Oxşar yazılar