"Hələlik MSK-ya rəsmi şikayət daxil olmayıb" - Rövzət Qasımov
10 fevral 2020 16:17 (UTC +04:00)

"Hələlik MSK-ya rəsmi şikayət daxil olmayıb" - Rövzət Qasımov

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar hələlik Mərkəzi Seçki Komissiyasına rəsmi şikayət daxil olmayıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Komissiyanın sədr müavini Rövzət Qasımov bildirib.

R. Qasımov deyib ki, rəsmi şikayət daxil olmasa da, hər hansı hal olan zaman MSK toplanacaq və öz fikrini bildirəcək: “Əgər 2015-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı 767 deputatlığa namizəd olubsa, builki seçkilərdə namizədlərin sayı 1314 nəfər olub. Builki təşviqat kampaniyasında kifayət qədər fərqli mühit mövcud olub. Bütün namizədlər bütün lazımi vasitələrdən təşviqat kampaniyasında istifadə ediblər. Namizədlər tərəfindən bəzən qanunvericilikdə nəzərdə tutulmayan üsullardan da istifadə olunub. Biz seçki qanunvericiliyinin ruhunu əsas götürərək namizədlərin sərbəst və rahat şəkildə öz seçiciləri ilə təmasda olmaq, öz ismarıclarını çatdırmaq imkanlarına malik olmalarını bir məqsəd kimi qarşımıza qoymuşduq. Builki parlament seçkiləri həm namizədlərin qeydiyyatı, həm də namizədlərin ismarıclarını seçicilərinə çatdırılması üçün mövcud olan imkanlar baxımından kifayət qədər zəngin seçkilər idi”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698
avatar

Oxşar yazılar