"Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır" - Prezident
25 oktyabr 2020 10:59 (UTC +04:00)

"Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır" - Prezident

"Bəli, inanıram. Əks halda mən 17 il ərzində danışıqlarda iştirak etməzdim. Siz deməyə çalışırsınız ki, müharibəni mən başlamışam. Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim”. 

APA xəbər verir ki, Prezident İlham Əliyev bunu ABŞ-ın “Fox News” telekanalına müsahibəsində “Siz bu böhranın diplomatik həllinin olduğuna inanırsınızmı?” sualına cavabında deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ordusu azı 10 ildir ki, yaxşı hazırlaşıb: “Ona görə də, diplomatik həll masa üzərindədir. Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin ərazilərə qayıtmalıdırlar, sonra ermənilərlə sülh və ləyaqət şəraitində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir”.

 

Prezident “Beləliklə, Siz deyirsiniz ki, diplomatik həll üzərində hərbi həll elementi var?” sualına cavabında isə bildirib: “Mən dedim, arzu edirəm ki, hərbi həll bu gün dayansın və biz danışıqlar masasına keçək. Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara səbəb olur. Ona görə də, substantiv danışıqlara, – bütün bu illər ərzində Ermənistanın etmək istədiyi kimi imitasiyaya yox, - substantiv danışıqlara nə qədər tez başlasaq, həll yolu bir o qədər tez tapılar. Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1111
avatar

Oxşar yazılar