"Fəxr edirik ki, qayğıkeş və mübariz Prezidentimiz var" - Prezidentə yazırlar
03 iyun 2020 12:33 (UTC +04:00)

"Fəxr edirik ki, qayğıkeş və mübariz Prezidentimiz var" - Prezidentə yazırlar

Ölkə vətəndaşları Prezident İlham Əliyevə məktublarında koronavirusla mübarizə, eləcə də pandemiya dövründə ölkədə sosial-iqtisadi problemlərin və əhalinin məişət qayğılarının həlli istiqamətində gördüyü işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər. Lent.az-ın məlumatına görə, belə məktublardan birini də Gəncədən Əlizamin Mirişov göndərib. Məktubda deyilir:

 

- Hörmətli Prezidentimiz.

Bütün xalqımız kimi, mən də bu ağır COVID-19 pandemiyası günlərində xalqımızın yanında olduğunuz, bizim qayğımıza qaldığınız, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün hər cür tədbirlər gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun, Azərbaycan xalqının gözünə çıraq etsin.

Eyni zamanda, respublikamızın inkişafı, dünyada nüfuzunun artması, sayılıb-seçilməsi istiqamətində apardığınız işlərə, aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya, müharibə veteranlarına və şəhid ailələrinə, həmçinin xalqımıza göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Hazırkı ağır dövrdə ölkəmizin inkişafına əngəl yaradan mənfi hallara, korrupsiya və rüşvətxorluğa qarşı apardığınız amansız mübarizə bütün xalqımız kimi, məni də, bizim ailəmizi də sevindirir, qürurlandırır. Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, bizim belə humanist, qayğıkeş və mübariz Prezidentimiz vardır.

Mən də, yaşlı valideynlərim də daim Sizin daxili və xarici siyasətinizi izləyir, ürəkdən bəyənir, dəstəkləyir və Sizinlə qürur duyuruq. Biz, xüsusilə də valideynlərim ulu öndərimiz Heydər Əliyevin də siyasi xəttini həmişə bəyənib dəstəkləmişik. Hazırda Sizin Ulu Öndər siyasətini uğurla davam etdirməyiniz qəlbimizi sevinc hissi ilə doldurur. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz. Allahdan Sizə cansağlığı, ailə səadəti və işlərinizdə daha böyük müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Mirişov Əlizamin Hümbət oğlu, Laçın rayonunun Ələkçi kəndindən məcburi köçkün.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Gülüstan qəsəbəsi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1948
avatar

Oxşar yazılar