"Etimadınızı doğruldacağıq" - Prezidentə yazırlar
Respublikanın hər yerindən Azərbaycan Prezidentinə məktublar gəlməkdə davam edir. Belə məktublardan birini də Goranboydan İlahə Paşayeva göndərib.
Lent.az həmin məktubu təqdim edir:
- Möhtərəm cənab Prezident.
Dünyanı bürüyən bu pandamiyanın ölkəmizdə sürətlə yayılmasının qarşısının alınmasında Sizin çox böyük fədakarlığınızı görürük. Siz təkcə pandemiyanın qarşısının alınması zamanı yox, hər vaxt xalqımızın yanındasınız. Ölkəmizin gündən-günə inkişaf etməsi, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması, dövlətimizin dünya dövlətləri içərisində nüfuzlu yer tutması Sizin rəhbərliyinizlə aparılan işlərin əyani sübutudur. Biz də öz işimizlə Sizin etimadınızı dogruldacağımıza, layiqli vətəndaş olmagımıza söz veririrk.
Hörmətli cənab Prezident, xalqımız, eləcə də biz şagirdlər üçün yaratdığınız bu gözəl şəraitə görə Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
İlahə Paşayeva
Azərbaycan Respublikası, Goranboy rayonu, Muzdurlar kəndi
4849