"Ermənistanın məsuliyyətsiz addımlarından danışmaq lazımdır” - Rusiyalı ekspert
01 oktyabr 2020 13:04 (UTC +04:00)

"Ermənistanın məsuliyyətsiz addımlarından danışmaq lazımdır” - Rusiyalı ekspert

“Mənə elə gəlir ki, biz Dağlıq Qarabağ münaqişəsi regionunda baş verən gərginliklə bağlı həddən çox Türkiyəyə diqqət yetiririk. Bu düzgün deyil. Bununla biz müzakirələri əsas məsələdən başqa yerə yönəldirik”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu rusiyalı siyasi ekspert, “Kommersant” qəzetinin siyasi şərhçisi Sergey Strokan deyib.

O, baş verən gərginliyin əsas səbəbinin Türkiyə olmadığını bildirib.

“Gəlin əsas məsələni deyək. Nəyə görə bu hərbi toqquşmalar başladı? Bu, ona görə başladı ki, son iki ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Qarabağla bağlı danışıqlar prosesində tam kollaps yaşandı və geriləmə baş verdi. Azərbaycan və Ermənistan liderləri arasında dialoq tam şəkildə pozuldu. İrəvan danışıqlar masasında tərəf kimi Dağlıq Qarabağın əyləşməsini tələb etdi. Hansı ki, bu, qəbuledilməz idi. Nəticədə danışıqlar prosesində kollaps baş verdi. İki il ərzində faktiki olaraq heç bir danışıqlar prosesi baş tutmadı, proses paralizə olundu. İndi elə bir vəziyyət yaranıb ki, hamı dondurulmuş münaqişənin zərərli məntiq olduğunu yaxşı anlayır. Münaqişə toyuq filesi deyil ki, onu dondurasan. Münaqişə içi su ilə dolu şüşə qab kimidir, dondursan, sonra partlayacaq. Ona görə də, indi Türkiyədən danışmaq lazım deyil. Son iki il ərzində vəziyyəti gərginləşdirən Ermənistanın məsuliyyətsiz addımlarından danışmaq lazımdır”, - rusiyalı siyasi ekspert vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586
avatar

Oxşar yazılar