“Təəssüflər olsun ki, hər zaman olduğu kimi Ermənistanın hərbi siyasi rəhbərliyi tərəfdar çıxdığı bütün beynəlxalq hüquq konvensiyalarına zidd addımlar atır”.
APA-nın məlumatına görə, bu barədə Gəncədə səfərdə olan Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirilib.
O qeyd edib ki, hadisə ilə bağlı insan hüquqları üzrə bütün beynəlxalq təşkilatlara və institutlara məlumat verilib: “Əfsuslar olsun ki, dünya Azərbaycan əhalisinə qarşı olan bu terrora hələ də ikili standartlarla yanaşır”.