"Ermənilərin yaşayış məntəqələri top atəşinə tutulmayıb" - Növbəti erməni yalanı təkzib edildi
16 iyul 2020 13:40 (UTC +04:00)

"Ermənilərin yaşayış məntəqələri top atəşinə tutulmayıb" - Növbəti erməni yalanı təkzib edildi

Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır. Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”, - deyə V. Dərgahlı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4093
avatar

Mehman Nəbiyev

Oxşar yazılar