Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev erməni lobbisinin Avropa ölkələrində aksiyalar keçirməsinə münasibət bildirib.
Lent.az xəbər verir ki, dövlət rəmisi bu barədə özünün rəsmi "Twitter" hesabında məlumat paylaşıb:
"Ermənistan hökumətinin təhriki ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolları pozur, insanlar üçün çətinliklər yaradır. İqtisadiyyata zərər verir və COVID-19 pandemiyasını yayırlar. Ermənistan bu cür təxribatlara əl atmaq əvəzinə, Azərbaycan torpaqlarının işğalına son qoymalıdır".