“Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur”.
APA-nın məlumatına görə, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” səhifəsində yazıb.
O bildirib ki, kimin müharibə istədiyi aydındır: “Bu, Türkiyənin və Azərbaycanın haqlılığını bir daha təsdiqlədi: Cənubi Qafqaza sülh və sabitlik yalnız Qarabağ azad edildikdən sonra gələcək”.