“Azərbaycan və Ermənistan arasında Azərbaycanın Dağlıq Qarabağ regionu uğrunda gedən toqquşmalar yeni fazaya keçib”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, Ermənistanın kriminal rejimi, Dağliq Qarabağın kriminal rejimi müharibə aparmağın bütün qaydalarını pozaraq çox təhlükəli addımlar atıblar: “Dünən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə erməni tərəfinin hücumlarına məruz qalıb. Mülki əhaliyə külli miqdarda ziyan dəyib. Ermənilər bu təhlükəli addımı bu gün yenə də davam etdirib. Gəncə şəhərində ilkin məlumata görə, 3 nəfər yaralanıb. Ermənistan siyasi rəhbərliyi və qondarma rejimin rəhbərliyi tərəfindən Mingəçevir də ermənilərin hücumuna məruz qalıb. Xoşbəxtlikdən Milli Ordumuzun peşəkarlığı sayəsində bu addımların qarşısı alınıb. Eyni zamanda Abşeron rayonu və Xızı rayonu da ermənilər tərəfindən raket zərbələrinə məruz qalıb. Qondarma rejimin rəhbəri Araik Aratunyan Azərbaycana qarşı törədilən bu addımlarla fəxr edir, bunu sosial şəbəkə hesablarında paylaşır. Müharibə aparmağın öz qaydaları var. Bu qaydalar cinayətkar rejim tərəfindən pozulur”.