“Cəbhəboyu ərazilərdən 11 ədəd “Elbrus” raketi götürülüb” - RƏSMİ
18 oktyabr 2020 17:15 (UTC +04:00)

“Cəbhəboyu ərazilərdən 11 ədəd “Elbrus” raketi götürülüb” - RƏSMİ

 

“Sentyabrın 27-dən cəbhəboyu ərazilərdə baş verən hadisələrlə bağlı ANAMA-nın Operativ Qərargahı yaradılıb”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, 600-dən çox çağırış daxil olub, 92 ədəd partlamamış, 200-dən çox partlamış mərmi və raket aşkar edilərək götürülüb: “Eyni zamanda, partlamamış kaset mərmilərə də rast gəlinib. Füzuli rayonunun Arayatlı kəndi ərazisində tərkibində 3,6 kiloqram ağ fosfor olan 122 millimetrlik tüstülü mərmi aşkarlanaraq götürülüb. Bu günə qədər 11 ədəd “Elbrus” raketi aşkar olunaraq götürülüb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1288
avatar

Oxşar yazılar