"Can qardaşlarımızı orada qoya bilməzdik” - Çavuşoğlu
02 fevral 2020 12:37 (UTC +04:00)

"Can qardaşlarımızı orada qoya bilməzdik” - Çavuşoğlu

“Vətəndaşlarımızı təxliyə edərkən can qardaşlarımızı orada qoya bilməzdik”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” sosial şəbəkəsindəki səhifəsində koronavirusla əlaqədar Çinin Uhan şəhərindən Türkiyə, Azərbaycan və Gürcüstan vətəndaşlarının təxliyyəsi ilə əlaqədar yazıb.

M. Çavuşoğlu bildirib ki, Azərbaycan da olsa, eynisini edərdi: “Can Azərbaycana canımız fəda!”.

Qeyd edək Ki, ötən gecə Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyarəsi yerli vaxtla saat 21.12-də Ankaradakı  Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna  enib. Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində “Koca Yusuf” sərnişinləri və təyyarədki digər heyət 17 xüsusi ambulansla Ankarada Zəkai Tahir Burak xəstəxanasına çatdırılıb. Çindən təxliyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdirilib.  

Karantində saxlanılan şəxslər 14 gün ərzində hər 3 gündən bir təkrar müayinədən keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455
avatar

Oxşar yazılar