"Bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb  - Prezidentin köməkçisi
02 oktyabr 2020 18:54 (UTC +04:00)

"Bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb - Prezidentin köməkçisi

“Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir”.

APA-nın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, təkcə bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb: “Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.

Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724
avatar

Oxşar yazılar