Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Gəncənin atəşə tutulması ilə bağlı özünün "twitter" hesabında növbəti paylaşım edib.
Lent.az xəbər verir ki, paylaşımında bildirib ki, H.Hacıyev hadisə ilə bağlı Gəncə sakinləri ilə danışıb: "Gəncə sakinləri güclüdürlər. Bu cür məsuliyyətsiz raket hücumları, Ermənistandan ikinci böyük şəhərimizi hədəfə almaq onları qorxuda bilməz".