"Ermənistan tərəfindən uzaqmənzilli raketlərdən istifadə münaqişənin daha da gərginləşməsinə xidmət edən amillərdən biridir”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu raketlərin trayektoriyasına baxılmalıdır: “Həmin raketlərin məsafəsi və trayektoriyası onların Xızıya qədər gəlib çıxdığını göstərir. Bu, açıq-aşkar Ermənistanın acizliyinin, çarəsizliyinin göstəricisidir. Bu kimi təxribatlara Ermənistan tərəfindən öz uğursuzluğunu ört-basdir etmək üçün əl atılır".