“Biz sabah danışığa başlamağa hazırıq, hər şey Minsk qrupundan asılıdır" - İlham Əliyev
11 oktyabr 2020 14:21 (UTC +04:00)

“Biz sabah danışığa başlamağa hazırıq, hər şey Minsk qrupundan asılıdır" - İlham Əliyev

“Biz sabah danışığa başlamağa hazırıq. Buna görə hər şey ATƏT-in Minsk qrupunun fəaliyyətindən, onların iş qrafikindən asılıdır. Bizim tərəf dərhal başlamağa hazırdır. Yeri gəlmişkən, deməliyəm ki, bəyanatın mətni ilə əlaqədar Azərbaycan tərəfinin bütün istəkləri nəzərə alınıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalında oktyabrın 11-də yayımlanan müsahibəsində deyib.

Dövlət başçısının sözlərinə görə, bəyanatın ilkin variantı tamam fərqli olub: “Dünən mən onu görəndə dedim ki, bu, bizim üçün münasib deyil. Sənədi həddən artıq qəlizləşdirmək, ağırlaşdırmaq, danışıqlar prosesinin son mərhələsində müəyyən edilməli olan elementləri oraya inkorporasiya etməyə çalışmaq lazım deyil. Onu maksimum sadələşdirmək lazımdır. Yadımdadır ki, orada olmayanları nəzərə aldıq, danışıqlara dərhal başlamaq bəndinin daxil olunmasını xahiş etdik. Yəni, biz mümkün qədər tez nizamlamada maraqlıyıq. Ona görə ki, nizamlama bizim vətəndaşların, qaçqınların, daxili köçkünlərin öz evlərinə qayıtmalarına imkan verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571
avatar

Oxşar yazılar