“Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik” - Azərbaycan Prezidenti
25 oktyabr 2020 11:04 (UTC +04:00)

“Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik” - Azərbaycan Prezidenti

“Münaqişə ərzində bizim bütün səylərimiz aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyıb”. 

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev ABŞ-ın “Fox News” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, biz münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinəyik: “Ermənistanın etmək istədiyi məhz budur. Qeyd etdiyim kimi, onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik”.

Prezident “Ermənistanda artıq Rusiyanın hərbi bazası var, bu, qeyri-qanuni deyil” sualının cavabında isə vurğulayıb ki, bəli, o, Ermənistandadır, Dağlıq Qarabağda yox: “Onlar ruslardan Dağlıq Qarabağa qoşun göndərmələrini xahiş edirdilər. Biz bu barədə bilirik. Ona görə də bizim mövqeyimiz ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar. Kömək etmək istəyənlər və mandatı olanlar, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı inandırmalıdırlar ki, - ümidvaram ki, bu gün Vaşinqtonda bu, baş verəcək, - təcavüzə son qoysun, atəşkəsə sadiq olsun və torpaqları boşaldacaqlarına dair öhdəlik götürsün. Onlar bunu etmirlər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1027
avatar

Oxşar yazılar