“Dairədə olan qanun pozuntuları ilə bağlı birinci Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək lazımdır, məhkəməyə yox”. APA-nın məlumatına görə, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, 22 saylı Nəsimi seçki dairəsindən namizədliyi qeydə alınmış şəxs müşahidəçi vəsiqələrini Dairə Seçki Komissiyasına versə də, bunun qəbul edilmədiyini iddia edib və məhkəməyə müraciət edib. REKLAM Daha ətraflı “Belə görünür ki, həmin namizəd məhkəmə həvəskarıdır. Belə olan halda, həmin şəxsə zorla vəsiqələri vermək lazımdır. Onun deyəsən, başqa məqsədləri var. Adını hansısa hesabatlara saldırmaq niyyəti daşıyır. O hansısa statistik göstəricilərə xidmət edir”, - deyə M. Pənahov vurğulayıb. Qeyd edək ki, iclasda hansı namizəddən söhbət getdiyi barədə məlumat verilməyib.
“Birinci bizə müraciət etmək lazımdır” - MSK sədri
1249