“Azərbaycanın işğal edilmiş torpaqları mövzusunda İtaliyada Türkiyənin mövqeyini paylaşmaq imkanım oldu”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu italiyalı həmkarı Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkarlığını qınamalıdır.
M. Çavuşoğlu qeyd edib ki, Türkiyə sonadək Azərbaycanın yanında olacaq.