“İstər Liviyada, istərsə də azərbaycanlı qardaşlarımıza qarşı edilən hücumlar zamanı heç vaxt məzlumları yalnız buraxmadıq və buraxmayacağıq”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ermənistanın hücumları zamanı məzlumları heç vaxt yalnız buraxmadıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan Türkiyənin təsir dairəsi olan hər yerdə ədalətin, sülhün və sabitliyin bərqərar olması üçün var gücü ilə mübarizə aparacağını da qeyd edib.