“Bu saata qədər seçkilərdə heç bir problem aşkarlamamışıq”.
Bunu APA-nın şimal bürosuna açıqlamasında Qubada seçkiləri izləyən beynəlxalq müşahidəçi Julius Lajtha bildirib.
“Bu, bizim müşahidə etdiyimiz ikinci səsvermə məntəqəsidir. Biz adətən bülleten sayını, qutuların boş olub-olmadığını, səsvermə məntəqəsində reklam plakatlarının qalıb-qalmadığını yoxlayırıq. Bu vaxta qədər heç bir problem aşkarlamamışıq. Qaydalara riayət olunur”.
Digər beynəlxalq müşahidəçi Banks Peter Douglas isə qeyd edib ki, seçkilər azad şəkildə keçirilir: “Burada, Azərbaycanda olmaq bizim üçün xoş idi. Hər şey bizim görmək istədiyimiz kimidir. Seçkilər azad şəkildə keçirilir və biz səsvermə məntəqələrində hər hansı ədalətsizliyi görə bilmədik”.