"Azərbaycan qadınlara seçki hüququ verən ilk ölkələrdən biridir" - İtaliya prezidenti
21 fevral 2020 11:29 (UTC +04:00)

"Azərbaycan qadınlara seçki hüququ verən ilk ölkələrdən biridir" - İtaliya prezidenti

“Sizin səfəriniz Sovet İttifaqından tam ayrılma prosesinin başlanğıcını qoyan və hələ də yaddaşlarda yaşayan tarixin acı səhifəsi olan Qara Yanvar faciəvi hadisələrinin baş verdiyi tarixdən 30 il sonraya təsadüf edir”.  

APA xəbər verir ki, bunu fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətində Sercio Mattarella deyib.

İtaliya Prezidenti bildirib ki, müstəqilliyini qazandıqdan sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən çiçəklənən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq edib: “Burada kökləri keçən əsrin əvvəlində dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olan Azərbaycan Demokratik Respublikasının qısa, lakin çox əhəmiyyətli tarixi təcrübəsinə dayanan tolerantlıq nümunəsi və fərqlilik içində sülh şəraitində birgəyaşayışdan söhbət gedir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1415
avatar

Oxşar yazılar