“Azərbaycan Respublikası öz imkanları çərçivəsində beynəlxalq əhəmiyyətli iri neft-qaz infrastrukturunun təhlükəsizliyini təmin edir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Eyni zamanda, müvafiq tərəf müqabilləri və layihələrdə iştirak edən xarici şirkətlərlə də bu infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılır. Lakin hər hansı üçüncü bir tərəfin burda təhlükəsizliyin təmin olunmasında iştirakına ehtiyac görmürük”, - H. Hacıyev vurğulayıb.