"Azərbaycan dövləti əmin əllərdədir" - Prezidentə yazırlar
16 iyul 2020 12:33 (UTC +04:00)

"Azərbaycan dövləti əmin əllərdədir" - Prezidentə yazırlar

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.

Belə məktublardan birini də Tovuzdan Etibar Vəliyev göndərib. Lent.az həmin məktubu təqdim edir:



- Hörmətli cənab Prezident!

Sizi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsi və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının üzvlərinin adından salamlayır, keçmiş döyüşçülərin daim Sizə inandıqlarını, hər an döyüş əmrinizə hazır olduğumuzu bildiririk.

Azərbaycanın inkişafını gözü götürməyən namərd qonşularımızın fitnə-fəsad törətmək cəhdləri hər zaman puça çıxıb və bu dəfə də belə oldu. Hər bir Azərbaycan vətəndaşı bilir ki, Azərbaycan dövləti əmin əllərdədir, çünki sabitliyimizin qarantı olan Siz varsınız, sərhədlərimizi qoruyan rəşadətli ordumuz, ictimai asayişi yüksək səviyyədə təmin edən qətiyyətli polisimiz var.

Hörmətlə,

Vəliyev Etibar

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri

Azərbaycan Respublikası, Tovuz rayonu

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3244
avatar

Oxşar yazılar