"Haqlı davasında Azərbaycanı dəstəklədiyimizi, aramızdakı münasibətlərin bənzəri olmayan bir münasibət olduğunu ifadə etdik. Bunları Bakıda da təkrar ifadə edəcəyik, bundan məmnunluq duyacağıq”.
APA-nın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qardaş Azərbaycanın müstəqillik gününü təbrik edir: “Azərbaycan bayrağının bu torpaqlarda dalğalanması üçün də daim təmənni və dua edirik. Bu, sadəcə mənim fikrim deyil, parlamentimizin və Türkiyədəki 83 milyonun fikridir. Onların da duaları daim Azərbaycanladır”.