“Ötən bazar Azərbaycanda baş tutmuş növbədənkənar parlament seçkiləri açıq və rəqabət şəraitində keçib”.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə Komitəsinin sədri, AŞPA-dakı Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, parlament seçkiləri ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tənqidləri qeyri-obyektiv xarakter daşıyır.
L. Slutskinin sözlərinə görə, avropalı müşahidəçilər qərəzlidirlər və ikili standartlardan çıxış edirlər.