Başlandı. Proqnozlar özünü tam döğrultdu. Azərbaycan yenə hədəfdədir. Ölkəmizə 4 “kolon” üzrə hücumlar intensiv xarakter kəsb edir. Qısamüddətli pauzalar fürsət gözləmək mahiyyəti daşıyır. Bu “kolon”lardan birincisi Ermənistan dövlətidir. İkincisi, dünyadakı erməni lobbisidir. Üçüncüsü, erməni diasporudur. Dördüncüsü isə, beynəlxalq islamofob qüvvələrdir. Onların anti Azərbaycan basqılarının səmərəlilik əmsalı sıfra bərabər olduğundan ölkə daxilində “axilles dabanı” axtarışı və tapılması “4 kolon”un simaları üçün strateji xarakter daşıyır. Bu halda, daxilimizdə olan milli satqın və dönüklərin muzlu xidmətindən istifadə edilməsi zərurətə çevrilir. Nəticədə “5-ci kolon” formalaşdırılır. Onlar ölkəmizdə siyasi qüvvə deyil, siyasi ünsür və dəstə səviyyəsindədir. Məqsədləri ölkədə xaos mühiti formalaşdırmaq, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini pozmaqdır. Bu ünsürlər adətən Azərbaycan dünyanın diqqət mərkəzində olduğu xüsusi məqamlarda (mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən, seçkilər zamani və s.) daha çox fəallaşırlar. İndiki halda isə dünyanı əsarətə almış koronavirus pandemiyasının hər bir dövlətə, o cümlədən Azərbaycana mənfi təsirlərinin artdığı, bu baxımdan xalqın sağlamlığı və dövlətin təhlüksəsizliyi üçün ciddi təhdidlərin yarandığı bir reallıqda yenidən sağa-sola boylanmaqda, öz xislətlərinə müvafiq şər, böhtan, yalan və çirkab ifraz etməkdədirlər. Onlar xalqımız və dövlətimizin tarixi sınaq qarşısında qaldığı mürəkkəb şəraitdə siyasi mənsubiyyətlərini bir kənara qoyub, ümummilli birlik və həmrəyliyə tohfə vermək əvəzinə, saxta “vətənpərvərvərik”lə qilaflanmış “don”larını çıxardaraq əsl simalarını, əslində isə simasızlıqlarını növbəti dəfə nümayiş etdirməkdə, hər cür təxribatlara əl atmaqdadırlar.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev martın 19-da Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik müraciətində bu təxribatların icraçıları və onların çirkin məqsədlərinə tam aydınlıq gətirərək qeyd etmişdir ki, “bu təxribat haradan gəlir, həmin o “5-ci kolon”dan, işimizdə olan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Sanki istəyirlər ki, iğtişaş olsun, istəyirlər ki, aləm dağılsın, istəyirlər ki, panika olsun. Onlar düşməndirlər və biz bunu açıq deməliyik.”
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin xalqımızı və dövlətimizi bu qorxunc xəstəliyin acı nəticələrindən hifz etmək üçün atdığı sərt karantin tədbirləri “5-ci kolon” nümayəndələri tərəfindən-Əli Kərimli, Cəmil Həsənli və oların “şineli”ndən çıxmış dəstənin digər üzvləri tərəfindən süngi ilə qarşılanmış, növbəti qarayaxma, yalan və iftira kamapaniyasını həyata keçirmək üçün növbəyə dayanmışlar. Onların ianələrini aldıqları müəyyən xarici dövlətlərin eyni infeksiyaya qarşı eyni qəbildən olan addımlarının şərəfinə mədhiyyələr söyləmək növbəsinə dayanıqları da diqətdən yayınmır. Bu ikiüzlülük və milli xəyanətin əsl klassik nünunəsidir. Hətta iş o yerə gəlib çatıb ki. bu antimilli ünsürlər işğalçı Ermənistanın koronovirusa qarşı atdığı müəyyən addımları təqdir etməkdən belə çəkinmir, guya ki, rəsmi İrəvanın məcbiri məhdudiyyətlərə rəvac verən addımları ölkədə “demokratiyanın baza prinsiplərini zədələmir” kimi gülünc və sərsəm ifadələr işətməkdən belə vaz keçmirlər. Halbuku “sapı özümüzdən olan baltalar” çox gözəl bilirlər ki. işğalçı Ermənistanda martın 16-da fövqəladə vəziyyət elan edilmişdir. Mətbuata senzura təqbiq olunmuşdur. Kütləvi informasiya vasitələri və sosial şəbəkələrin koronavirus pandemiyası ilə bağlı yalnız rəsmi dövlət məlumatlarıa istinad etmələri bir qanun tələbi kimi irəli sürülmüşdür. Bunun əksi olduqda müvafiq addımı atmış tərəf 2 saat ərzində mətbuatda təkzib verməlidir. Bunun edilməyəcəyi təqdirdə fövqəladə vəziyyət rejiminin bütün sərtliyi ilə məlum qaydanı pozmuş tərəfə qarşı istifədə olunması sırf zaman məsələsidir.
Bu yerdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “5-ci kolon”un mahiyyəti haqqında fikirlərinə istinad etmək yerinə düşər: “Radikal müxalifətin qurtardığı yerdə milli xəyanət başlayır. Əslində radikal müxalifətçilər ilə “5-ci kolon” arasında sədd belə görünmür. Müxalifətçilərə gəldikdə isə onlar nə qədər sərt olsalar belə, dövlətlərinin milli maraqlarınım müdafiəsi naminə mübarizə aparırlar, “5-ci kolon”un təmsilçiləri isə milli maraqları tapdalayaraq, xarici dövlətlərin sifarişlərini icra edirlər. “5-ci kolon” ölkə üçün “xərçəng şişidir”.
Sonda onu da vurğulayaq ki, ölkəmizdə radikal dəstə və qruplaşmalar öz naqis xislətlərinə və xudbin dünyagörüşlərinə adekvat olaraq “koronavirus demokratiyası” deyilən həqarətli bir termin də icad ediblər. Xalqımız onları “şanlı” keçmişlərinə görə “azadlıq aşiqləri” kimi xatırlayır və rədd edir, Bundan sonra isə müdrik xalqımızın onları “koronavirus demokratları” kimi permanent “siyasi izolyasiya”da saxlayacaqları və yenidən gəldikləri yerə-tarixin zibilxanasına göndərəcəkləri sübuta ehtiyacı olamayan bir aksiom kimi qəbul edilə bilər.
Elman Nəsirov
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor